“İkinci Ukrayna” planı – Ermənistan Pelosinin göz yaşlarında boğulacaq

 

Ötən ay Tayvana səfəri ilə ABŞ və Çin arasında siyasi qarşıdurma yaradan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi bu dəfə Ermənistana gedib. O, səfər zamanı Azərbaycan əleyhinə qərəzli fikirlər səslənirərək, Ermənistanın təcavüzvar siyasətinə dəstək nümayiş etdirib. 30 il işğal altında qalan ərazilərini azad edən Azərbaycanın haqq səsini eşitməyən Pelosi bunun əvəzində erməni təxribatlarına haqq qazandırıb.

82 yaşlı spikerin Çinlə ABŞ-ı üz-üzə qoyandan sonra Azərbaycanı və Türkiyəni hədəf alması onun siyasi baxışlarının nə qədər təhlükəli olmasından xəbər verir. Qocaman amerikalı siyasətçinin Ermənistana səfəri, oradakı odlu-alovlu çıxışları heç də təsadüf deyil. Şübhəsiz ki, bunun arxasında şəxsi maraqlar dayanır.

Millətin Səsi.az xəbər verir ki, Amerikanın üçüncü şəxsinin Ermənistana səfəri Vaşinqtonun siyasi ikiüzlülüyündən qaynaqlanır. Bu addım eyni zamanda münaqişənin alovlandırılması və tamamilə yeni müstəvidə davam etdirilməsinə hesablanıb.

Təhlillər göstərir ki, Amerika siyasətçilərinin hər hansı ölkəyə “şəxsi səfərləri” orada işlərin qarışacağından xəbər verir. Bununla belə, Pelosi daha da irəli gedərək, İrəvana gələn kimi “Biz Azərbaycanın Ermənistana qarşı ölümcül hücumlarını qətiyyətlə pisləyirik” deməklə öz niyyətini pizlətməyib və açıq şəkildə kimdən yana olduğunu etiraf edib.

Amerika dövlətinin rəsmi mövqeyini əks etdirən bu sözlər ABŞ-ın Ermənistanı ikinci Ukraynaya çevirmək üçün düyməni basması anlamına gəlir. Pelosinin səfəri fonunda İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı tələb edən nümayişçilər əllərində Amerika bayraqları ilə küçələrə çıxıblar. Bilbordlardan Putinin və Rusiya bayraqlarının şəkilləri çıxarılıb, onların yerinə Pelosi və ABŞ bayraqlarının fotoları yerləşdirilib. Əlbəttə, bütün bunlar heç də təsadüfə bənzəmir. Görən odur ki, Ermənistan rəhbərliyi əsas himayədarı olan Rusiyanı bir göz qırpımında Qərbin caynaqları arasında buraxmaqdan çəkinmir.

Ermənilər düşünürlər ki, Rusiya onları Azərbaycana qarşı müharibədə tək qoyub. Azərbaycan qətiyyətli mövqeyindən əl çəkməyəndə diqqəti yayındırma taktikasından vaz keçərək, silahlı hücuma başladılar. Rusiya-Türkiyə yaxınlığı bu plana mane olanda isə Ermənistan yeni taktika axtarmalı oldu. ABŞ-ı regiona dəvət etmək məhz belə addımlardan biri kimi dəyərləndirilə bilər.

Rusiyanı hərtərəfli müharibəyə məcbur etmək istəyən ABŞ bu məqsədlə Ukraynadan sonra Ermənistana pul xərcləməyə başlayıb. Erməni elitası ABŞ-ın girdiyi yerə qan və ölüm gətirməsindən xəbərsiz ola bilməz. Lakin onların içində olduqları əhval-ruhiyyə vandalları hər cür riskə getməyə vadar edir. Nəticə isə dəyişməz qalacaq. Ermənistan törətdiyi hər bir təxribata ölümcül cavab zərbəsi alacaq.

Pelosinin niyyəti nədir?  

Bayden administrasiyanın aparıcı simalarından olan Pelosi hər zaman türklərə qarşı nifrət bəsləyib. O, hər zaman erməniləri Azərbaycana və Türkiyəyə qarşı təxribata təhrik edən mövqeyi ilə tanınıb. Spikerin İrəvana gəlməkdə əsas məqsədi məhz erməniləri növbəti dəfə münaqişəyə ruhlandırmaqdır. Siyasi karyerası erməniçiliyə rəğbət və dəstək üzərində qurulan Pelosi bunu qarşılıqsız etmir. Belə ki, ermənilər 1987-ci ildən bəri Pelosinin seçki kampaniyası üçün ianə toplayır, onu maliyyələşdirir və təbliğat aparır. 2007-ci ildən başlayaraq Pelosi erməni diasporunun sayəsində Nümayəndələr Palatasına dörd dəfə sədr seçilib.

ABŞ-da ermənilərin ən fəal lobbiçilərindən sayılan Nensi Pelosi son 30 ildə Ermənistanın işğal faktına dəstək verib. Konqresdə Azərbaycan əleyhinə qərarların qəbulunda iştirak edib. ABŞ konqresində qondarma erməni soyqırımının tanınmasına dair qətnamənin əsas müəlliflərindən biri də məhz Pelosi olub.

82 yaşlı spiker noyabrda ABŞ-da keçiriləcək növbəti aralıq seçkilərə hazırlaşır. Bu dəfə də onun ermənilərin səsinə və dəstəyinə ehtiyacı var. Buna nail olmaq üçün xanım Pelosi Azərbaycanı “işğalçı”, Ermənistanı “sülhsevər və təcavüzə məruz qalan ölkə” adlandırır. Pelosini Ermənistana gətirən yeganə səbəblərdən biri də noyabr seçkiləridir.

Noyabr ayında keçiriləcək seçkilərdə o, erməni diasporunun səsini qazanmağı hədəfləyir. Belə ki, Pelosinin təmsil etdiyi bölgənin əhalisinin 40%-i ermənilərdən ibarətdir. Ona görə də konqresmenin səfər proqramı yalnız Ermənistanla yekunlaşır. Hətta Pelosi bunun üçün münasib vaxt da tapa bilib. Ermənistanın Azərbaycan sərhəddində hərbi təxribat törətdiyi bir dönəmdə Nensi Pelosi qəfil Almaniyadakı səfər proqramına korrektələr edərək İrəvanın “Zvarnots” hava limanına eniş edib. Bölgədə hərbi və geosiyasi qarşıdurmanın artması fonunda Azərbaycanla Ermənistan arsında baş verən döyüşlər Pelosi üçün ciddi manipulyasiya imkanı açıb, desək yanılmarıq.

Maraqlıdır ki, Pelosi ermənilərdən fərqli olaraq amerikalılar arasında o qədər də sevilən fiqur deyil. Bir çoxları onu ciddi siyasətçi kimi qəbul etmir.

Pelosi bir neçə dəfə prezident seçkilərində iştirak etsə də, xalq tərəfindən lazımlı səsi toplaya bilmədiyinə görə mübarizədən kənarda qalıb. 2008-ci ildə Barak Obama, 2016-cı ildə Donald Tramp prezident seçkilərində Pelosinin ciddi siyasi fiqur və rəqib olmadığını bildiriblər. Lakin o yenə seçkilərə getməkdə israrlıdır. Bu dəfə əsas ümid yeri erməni barbarlarıdır.

Mənbə

Share: