Prezident İlham ƏIiyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Milletinsesi.az sərəncamın mətnini təqdim edir:
1. Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 1,9 milyon (bir milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”ndan irəli gələn bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 yanvar tarixli 59 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzlayıb.
Sərəncamda deyilir:
1. “Birləşmiş Millətlər Təşkilatının “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”ndan irəli gələn bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 yanvar tarixli 59 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 35) 2-ci hissəsində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Təhlükəli Tullantıların İdarə Olunması Agentliyi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Birləşmiş Millətlər Təşkilatına müvafiq bildiriş göndərsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1940; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1117 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2.1-ci yarımbəndə “daxil edilməsi,” sözlərindən sonra “ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi,” sözləri əlavə edilsin.
2. 5.1.24-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.25-ci yarımbənd əlavə edilsin:
“5.1.25. uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi barədə məlumatlar.”.
3. 7.1.5-ci yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.6-cı yarımbənd əlavə edilsin:
“7.1.6. yerli özünüidarəetmə orqanı:
1. qeydiyyatdan keçmək;
2. elektron kabinetdən istifadə etmək;
3. uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinin statusu, əmək fəaliyyəti və əmək stajı barədə məlumatları daxil etmək.”.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyi arasında səhiyyə sənayesi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın İnnovasiya və Texnologiya Nazirliyi arasında səhiyyə sənayesi sahəsində əməkdaşlıq haqqında” 2020-ci il iyulun 17-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında” 2020-ci il iyulun 17-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyası arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Macarıstanın Milli Vergi və Gömrük Administrasiyası arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında” 2020-ci il iyulun 17-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərsin.