Prezident İlham Əliyev Bağdat Amreyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, B.Amreyev Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə Təşkilatın üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.