İlham Əliyev bir qrup idman mütəxəssisini təltif etdi

İlham Əliyev bir qrup idman mütəxəssisini təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

 

Sərəncama əsasən, Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif ediliblər:

 

“Şöhrət” ordeni ilə

 

Həsənov Tərlan Əliheydər oğlu

 

Rəcəbli Əhməddin İzət oğlu

 

“Tərəqqi” medalı ilə

 

Kələntərov Ceyhun Musa oğlu.

 

Dövlət başçısının digər sərəncamı ilə bir qrup idman mütəxəssisinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. 

 

Sərəncama əsasən, Azərbaycan cüdosunun inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilir:

 

Məmmədli Elnur Çingiz oğlu

 

Qarayeva Sevda Qiyas qızı.

 

Mənbə

Share: