İlham Əliyev İordaniya kralı ilə görüşdü

Dekabrın 10-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Əl Hüseyn ilə təkbətək görüşü olub.

Milletinsesi.az xəbər verir ki, görüşdə iki ölkə arasındakı münasibətlər müzakrə olunub.

***

Təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Əl Hüseyn ilə işçi nahar edib.

 

Share: