İyunun 16-da “Maykrosoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Louise və “Maykrosoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.
Milletinsesi.az xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Şahmar Mövsümov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.