Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Milletinsesi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüş oktyabrın 3-də Soçidə “Valday” beynəlxalq diskussiya klubunun sessiyası çərçivəsində baş tutacaq.
Azərbaycan Prezidenti ilə yanaşı, İordaniya kralı II Abdullah, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Filippin Prezidenti Rodriqo Duterte də “Valday” beynəlxalq diskussiya klubunun sessiyasında iştirak edəcəklər.
Peskov Putinin dövlət başçıları ilə ikitərəfli görüşlər keçirəcəyini də bildirib.