İlham Əliyev şri-lankalı həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksaya təbrik məktubu ünvanlayıb.

Milletinsesi.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Şri-Lanka arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, Qoşulmama Hərəkatı daxil olmaqla çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımız davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm”.

Share: