İlham Əliyev Tokayevə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb.

Milletinsesi.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Alma-Atı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, şəxsən öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

 

Share: