İlham Əliyev Xorvatiya prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçə təbrik məktubu ünvanlayıb.

Milletinsesi.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Xorvatiyanın milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Bu il diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edən Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasındakı mövcud əməkdaşlığın bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, bütün sahələrdə uğurla davam edən strateji tərəfdaşlıq münasibətlərimiz birgə səylərimizlə bundan sonra daha da möhkəmlənəcəkdir.

Ölkələrimiz arasında enerji sahəsində gələcəkdə səmərəli əməkdaşlıq üçün yaxşı imkanlar və perspektivlər vardır.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığına Avropa İttifaqı Şurasının sədri qismində Xorvatiyanın verdiyi dəstəyi yüksək qiymətləndiririk.

Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir zamanda Azərbaycan xalqının dost Xorvatiya xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xalqınıza daim rifah arzulayıram”.

 

Share: