İlham Əliyev yunanıstanlı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Zati-aliləri xanım Katerina Sakellaropuluya təbrik məktubu ünvanlayıb.

Milletinsesi.az xəbər verir ki, təbrikdə qeyd olunur:

“Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi yetirirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram”.

 

Share: