İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Milletinsesi.az sərəncamın mətnini təqdim edir:

1. 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Ağstafa rayonunda Dilbaz Atçılıq təsərrüfatı üçün yeni kompleksin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.12.23-cü yarımbəndində göstərilmiş məbləğin 5 030 000 (beş milyon otuz min) manatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin və sədrlərinin vəzifələrinin dəyişdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir

1. Aşağıdakı hakimlər və məhkəmə sədrləri vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar tutduqları vəzifələrdən azad edilsinlər:

Abıyev Nəriman İbrahim oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən

Axundov Emin Tahir oğlu – Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Axundova Zeynəb Əli qızı – Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Burcayev İmran Ramazan oğlu – Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Əliyev Emin Zöhrab oğlu – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Əliyeva Aytən Heydər qızı – Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Həsənova Şəlalə Akif qızı – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Hüseynov Araz Firidun oğlu – Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən

Hüseynov Elnur Heydər oğlu – Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsindən

Hüseynov Pərviz Aktiv oğlu – Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Qarayeva Mehriban Cəfər qızı – Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Qasımov Fərrux Hüseynağa oğlu – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Məmmədov Ceyhun Bəşir oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsindən

Məmmədov Rəşad Seylan oğlu – Tovuz Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Novruzov Səxavət Hüseyn oğlu – Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsindən

Osmanov Usaməddin Hidayət oğlu – Mingəçevir Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən

Sadiqov Zülfüqar Əhməd oğlu – Abşeron Rayon Məhkəməsinin hakimi vəzifəsindən

Salmanov Elşən Fizuli oğlu – Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi vəzifəsindən

Tağıyev Xəqani Qəhrəman oğlu – Quba Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən

2. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri və sədrləri təyin edilsinlər:

Rzayev Rəşid Şükür oğlu – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi və sədri

Əliyev İslam Əli oğlu – Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi və sədri

Abbasov Natiq Mehdi oğlu – Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri

Nuriyev Mehman Bağış oğlu – Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri

3. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

Heydərov Faiq İnqilab oğlu – Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi

Mustafayev Etibar Mustafa oğlu – Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi

Tağıyev Zaur Müzəffər oğlu – Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi

Kərimli Rüstəm Lətif oğlu – Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi

Əsədova Tahirə Əlif qızı – Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi

Süleymanova Şəhla Ənvər qızı – Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi

Daşdəmirov Rauf Məhərrəməli oğlu – Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi

İmanov Xaliq Xalıq oğlu – Kürdəmir Rayon Məhkəməsinin hakimi

Ələkbərov Əfqan Qəzənfər oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi

Məmmədov Elçin Qüdrət oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi

Rzayev Kamil Allahqulu oğlu – Tərtər Rayon Məhkəməsinin hakimi

4. Bu Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nda və “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddə 855; 2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddələr 1060, 1061; 2016, № 3, maddə 436; 2017, № 10, maddə 1781; 2018, № 2, maddə 217, № 5, maddə 932, № 10, maddə 1990) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsinin birinci, ikinci və üçüncü bəndləri ləğv edilsin.

2. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2575; 2019, № 6, maddə 1012; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 894 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan Bakı Şəhər Baş Səhiyyə İdarəsi, Gəncə Şəhər Səhiyyə İdarəsi, Sumqayıt Şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Bakı Şəhər Dezinfeksiya Stansiyası və onun bölmələri, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun filialları, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, Analitik Ekspertiza Mərkəzi, “Azərtibbtəchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti, İnformatika və Statistika İdarəsi, Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi, İnnovasiya və Təchizat Mərkəzi, psixiatrik və narkoloji xidmətlər göstərən tibb müəssisələri, habelə körpələr evləri istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin.”;

2.2. 3.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“3.6. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini (işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi istisna olmaqla) TƏBİB həyata keçirir;”;

2.3. Aşağıdakı məzmunda 3.7-ci bənd əlavə edilsin:

“3.7. bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq TƏBİB-in tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.4-cü maddəsində qeyd olunan publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini (işçilərin əməkhaqlarının (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqinə münasibətdə) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.”;

2.4. 6.5.7-ci yarımbənddə “müəssisələrdə” sözü “tibb müəssisələrində” sözləri ilə əvəz edilsin və həmin yarımbənddən “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birlikdə” sözləri çıxarılsın.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin müavininin, İnzibati və Kommersiya kollegiyaları sədrlərinin və bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Əsgər Novruz oğlu Novruzov Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi sədrinin müavini təyin edilsin.

2. Yusifəli Süleyman oğlu Qurbanov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin.

3. Əhliman Mehman oğlu Xıdırov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin.

4. Hicran Xasay oğlu Muradov Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sədri təyin edilsin.

5. Elşən Fizuli oğlu Salmanov Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin sədri təyin edilsin.

6. Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilsin.

7. Bu Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Yeni yaradılmış inzibati və kommersiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Aşağıdakı şəxslər yeni yaradılmış inzibati və kommersiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

İnzibati məhkəmələr üzrə:

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi

Muradov Hicran Xasay oğlu

Novruzov Səxavət Hüseyn oğlu

Bakı İnzibati Məhkəməsi

Abdullayeva Aygün Abdulla qızı

Abıyev Nəriman İbrahim oğlu

Əliyev Elvin Əhəd oğlu

Hacıbəyova Miminat Tacib qızı

Həsənova Şəlalə Akif qızı

Hüseynov Araz Firidun oğlu

Hüseynov Pərviz Aktiv oğlu

Qarayeva Mehriban Cəfər qızı

Mədətli Fərid İlham oğlu

Oruczadə Aytən Pənah qızı

Rəcəbov İlkin Əbülfəz oğlu

Gəncə İnzibati Məhkəməsi

Axundov Emin Tahir oğlu

Hüseynov Fikrət Cilingir oğlu

İsgəndərova Aygül Vulqar qızı

Osmanov Usaməddin Hidayət oğlu

Sumqayıt İnzibati Məhkəməsi

Əzizova Vəfa Ehtiram qızı

Quliyev İsmayıl Rza oğlu

Məmmədov Ceyhun Bəşir oğlu

Şirvan İnzibati Məhkəməsi

Allahyarov Zaur Mirzağa oğlu

Həsənov Samir Firdusi oğlu

İsmayılov Orxan Nadir oğlu

Şəki İnzibati Məhkəməsi

Cabbarov İlqar Hidayət oğlu

Qasımov Vidadi Kamal oğlu

Kommersiya məhkəmələri üzrə:

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi

Hüseynov Elnur Heydər oğlu

Salmanov Elşən Fizuli oğlu

Bakı Kommersiya Məhkəməsi

Axundova Zeynəb Əli qızı

Burcayev İmran Ramazan oğlu

Əliyev Emin Zöhrab oğlu

Əliyeva Aytən Heydər qızı

Əliyeva Leyla Rauf qızı

Nuriyeva Səbinə Vidadi qızı

Pirverdiyev Zaur Rafiq oğlu

Qasımov Fərrux Hüseynağa oğlu

Gəncə Kommersiya Məhkəməsi

Məmmədov Rəşad Seylan oğlu

Vəliyev Kənan Hafiz oğlu

Sumqayıt Kommersiya Məhkəməsi

Məmmədov Zahid Tahir oğlu

Sadiqov Zülfüqar Əhməd oğlu

Tağıyev Xəqani Qəhrəman oğlu

Şirvan Kommersiya Məhkəməsi

İsmayılov Rafiq Tofiq oğlu

Şəki Kommersiya Məhkəməsi

Məcidov Rüfət Azadəli oğlu

2. Bu Sərəncam 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın:

1.1. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin əsasında Dövlət Məşğulluq Agentliyi;

1.2. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu;

1.3. Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi;

1.4. Sosial Xidmətlər Agentliyi.

2. Bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

2.1.2. idarəetmə orqanlarının yaradılması;

2.1.3. yenidən təşkili və ləğv edilməsi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;

2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə:

2.3.1. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin (bu Fərmanın 3.4-cü bəndi nəzərə alınmaqla) həlli.

3. Müəyyən edilsin ki:

3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxslərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün onlarda İdarə Heyəti yaradılır;

3.2. İdarə Heyətinin üzvlərini Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəyə təyin və vəzifədən azad edir;

3.3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin fəaliyyəti dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir;

3.4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Sosial Xidmətlər Agentliyinin işçilərinin sayının yuxarı həddini və əməkhaqlarını (o cümlədən dövlət büdcəsi vəsaiti hesabına əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq edir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrinin layihələrini, o cümlədən nizamnamə fondlarının miqdarı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

5.1. tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin “DOST” mərkəzləri açıldıqca bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin yerli qurumlarının fəaliyyətinin, əhaliyə göstərilən xidmətlərin əlçatanlığı qorunmaqla, regional əsaslarla qurulmasını təmin etsin;

5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Sosial Xidmətlər Agentliyi dövlət qeydiyyatına alındığı tarixdən bir ay müddətində bu Fərmanın 1.2-ci bəndinə əsasən yenidən təşkil edilmiş Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri həmin Agentliyin tabeliyinə verilsin.

7. Bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər.

 

Share: