İlham Əliyevin bu məsələyə münasibəti müsbətdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada qaz böhranının həllində Türkiyə və Azərbaycanın əhəmiyyətindən danışıb.

 

Modern.az xəbər verir ki, Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

 

“Onların gözləntiləri nədir? Bu işin mərkəzinə çevriləriksə, Türkiyənin bu cür təbii qaz ehtiyacı qarşılanacaq, ya yox? Bu həll olunmalıdır. Eynilə, Azərbaycanın təbii qazına, yəni TANAP-a olan tələbat bu an üçün ödəniləcəkmi? Görürəm ki, qardaşım İlham Əliyevin bu məsələyə münasibəti müsbətdir. Bunları qiymətləndirib, inkişaf prosesini buna uyğun dəyərləndirib addımlarımızı atacağıq”, -deyə Türkiyə Prezidenti qeyd edib.

Mənbə

Share: