İlham Əliyevin Türkiyə səfərinə CHP-dən müsbət REAKSİYA

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini yüksək qiymətləndiririk.

 

Bunu Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) CHP-dən seçilən millət vəkili Atilla Sertel deyib.

 

O bildirib ki, Azərbaycanın dövlət başçısının zəlzələdən sonra Türkiyəyə səfər etməsi qardaşlıq dəstəyindən irəli gəlir. 

 

“Biz qardaş ölkələrik. Millətimiz birdir. Əlbəttə, indiki durumda Prezident İlham Əliyevin Türkiyəyə gəlməsi bizi məmnun edir. Azərbaycanın Türkiyəyə etdiyi yardımlar qardaş yardımıdır. Bütün dünya yardıma qaçdı, ancaq Azərbaycanın yeri bizim üçün ayrıdır”, – deyə Atilla Sertel vurğulayıb.

 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfər edib. Dövlət başçısı səfər zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: