İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümü münasibətilə ƏÜO-da silsilə tədbirlər keçirilir

 

Əlahiddə Ümumqoşun Orduda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Silsilə tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrində, həmçinin Heydər Əliyev adına Hərbi Liseydə cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi 20 illik fəaliyyəti ilə bağlı dəyirmi masa və ictimai-siyasi hazırlıqdan məşğələlər keçirilib.

Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Məşğələlər zamanı Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə ölkəmizdə bütün sahələrin sürətli inkişafa nail olmasında böyük inam və qətiyyətlə çalışması barədə şəxsi heyətə geniş məlumat verilib.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası və döyüş əzmi baxımından dəfələrlə inkişaf edərək dünyanın aparıcı orduları sırasında yer alıb.

Məlumat verilib ki, Vətən müharibəsində və okal xarakterli antiterror tədbirlərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz Zəfər salnaməsini yazaraq, bütün dünyaya öz gücünü nümayiş etdirib. Bu gün Azərbaycanın şanlı üçrəngli bayrağı 30 ildən sonra işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə dalğalanır.

Slayt vasitəsilə keçirilən məşğələlərdə bildirilib ki, “Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi” deyən və bu vəzifənin öhdəsindən layiqincə gələn Prezidentimizə , Müzəffər Ali Baş Komandanımıza bundan sonrada hər birimiz fəal dəstək verməli, onun ətrafında dəmir yumruq kimi birləşməliyik. Çünki həm dövlət, həm də xalq olaraq gələcəyimiz bu sarsılmaz birlik və həmrəylikdən asılıdır.

Məşğələlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan ordu quruculuğundan və şanlı ordumuzun zəfərlərindən bəhs edən videoçarxlar nümayiş olunub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Orduda cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.

Mənbə

Share: