İlin əvvəlindən 720-dən çox PKK terrorçusu zərərsizləşdirilib

İlin əvvəlindən 720-dən çox PKK terrorçusu zərərsizləşdirilib

Bu il yanvarın 1-dən noyabrın 1-dək terror təşkilatı PKK-ya qarşı həyata keçirilən əməliyyatlar zamanı 721 terrorçu zərərsizləşdirilib.

 

Bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya Türkiyə parlamentində çıxışı zamanı deyib.

 

“Ümumilikdə bu müddət ərzində separatçı terror təşkilatı PKK-ya qarşı 3054-ü şəhər, 16702-si kənd yerlərində olmaqla 19756 əməliyyat keçirilib. Əməliyyatlar zamanı 84-ü öldürülüb, 525-i sağ əsir, 5-i yaralı olmaqla 721 terrorçu zərərsizləşdirilib”, – deyə nazir bildirib.

Həmçinin vurğulanıb ki, 107 terrorçu silahlarını yerə qoyaraq Türkiyə hakimiyyətinə təslim olub. Əməliyyat-axtarış tədbirləri çərçivəsində 6011 şübhəli saxlanılıb, onlardan 1178 nəfər məhkəmənin qərarı ilə həbs edilib, 1297 nəfər barəsində isə məhkəmə nəzarəti həyata keçirilib.

Mənbə

Share: