
“Təcavüzkar ölkə Rusiyanın Ukraynaya qarşı müharibəsi “dönüş məqamına” yaxınlaşır…”
“Rusiyanın danışıqların zəruriliyi barədə bəyanatlarına rəğmən, onun davranışları bunun əksini sübut edir…”
ABŞ-ın sabiq Dövlət katibi Henri Kissincer əmindir ki, bu ilin sonunadək Ukrayna ilə Rusiya arasında “gerçək danışıqlar” mümkündür
Moderator.az xəbər verir ki, bu barədə o, “CBS News” nəşrinə müsahibəsində bəyan edib.
Kissincer bəyan edib ki, iki ölkə arasında danışıqlar Çinin səyləri sayəsində mümkün olacaq.
“İndi, Çinin danışıqlara qoşulduğu zaman, düşünürəm ki, ilin sonunadək bu danışıqlar özünün apogeyinə çatacaq. Biz gerçək danışıqlar prosesindən və gerçək danışıqlardan danışacağıq”, – o, deyib.
Ukrayna və Rusiya arasında danışıqlar
Müharibənin əvvəlində tərəflər bir neçə raund danışıqlar aparıb, onlardan biri Türkiyədə baş tutub. Hərçənd, bu görüşlərdə əhəmiyyətli irəliləyiş əldə olunmayıb.
Bu gün üçün Ukrayna ilə Rusiya arasında təmaslar nadir hallarda, əsasən, hərbi əsirlərin mübadiləsi ilə bağlı olur.
Rusiyada zaman-zaman danışıqlar barədə yalvarışlar səslənir. O cümlədən mart ayında Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva, guya, Ukrayna üzrə “ciddi danışıqlardan” imtina etmir, bir neçə gün öncə isə o, Ukraynaya qarşı müharibənin dayandırılması barədə danışıqların zəruriliyi haqqında danışıb.
Bununla yanaşı, Ukraynanın danışıqlar barədə möveyi fərqlidir.
Prezident Vladimir Zelenski bəyan edib ki, Rusiya ilə danışıqlar yalnız döyüş əməliyyatlarının dayandırılması və Rusiya qoşunlarının Ukraynanın 1991-ci sərhədlərinə çıxarılmasından sonra mümkündür.
Eyni zamanda XİN rəhbəri Dmitri Kuleba qeyd edib ki, Rusiya müharibəni başa çatdırmaq istəyini ifadə etsə də, onun daha çox insanı qətlə yetirmək və daha çox əraziləri zəbt etmək məqsədilə Ukrayna şəhər və kəndlərini bombardman etməsi və atəşlərə məruz qoyması bunun əksini sübut edir.