Türkiyədə prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Bildirilib ki, seçki bülletenlərinin 42.8%-i sayılıb.
Son məlumata görə, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 57.09%, CHP lideri Kemal Kılıçdaroğlu 42.91% səs toplayıb.
Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilib. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.
Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edib. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatıb.