“İLLƏRİN TURAN SEVDASI”

İGİD TEYMURLU

O YURDUN SINIRLARI LAÇINDAN YARDIMLIYA QƏDƏR DEYİL, O YURD TURAN SINIRLARI DAXİLİNDƏDİR, CƏNAB MAYOR!

400 milyonluq Türk dünyasının Ağsaqqallarından olan xalq şairi, millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri dəyərli SABİR RÜSTƏMXANLININ “İLLƏRİN TURAN SEVDASI” ADLI YAZISI türk qövmü üçün həm də bir konsepsiyadır. Mən də bu yazını paylaşmışdım. Yazıya münasibətdə bildirilən rəylərdə fərqli fikirlərin şahidi oldum. Səngər yoldaşım (1992-ci ildə heç bu adamın yaşı belə döyüşməyə imkan vermirdi, üstəlik Mehtiqulu Kişinin bütün Övladları silaha sarılmışdı deyə Etibar da yaşından böyüklərlə bir cərgədə idi). Mən bu münasibətimi əks etdirən yazını yazanda Etibar qardaşım artıq cəmiyyətə nikbin əhval ruhiyyə aşılayan ikinci bir rəyini də yazmışdı. Ancaq düşündüm ki, ONSUZ DA ETİBAR HƏR ZAMAN SƏNGƏR YOLDAŞINA ATILAN GÜLLƏNİN QARŞISINA ÖZ SİNƏSİNİ VERƏN OĞLAN OLUB, OL SƏBƏBDƏN DƏ CƏNAB MAYORA İSTİNADƏN BU MÖVZUYLA BAĞLI DÜŞÜNDÜKLƏRİMİ HƏM DƏ BAŞQALARINA ƏRZ ETDİM….

Biz Turan Birliyinə mərhələ-mərhələ hazırlaşırıq, dəyərli Qazi qardaşım, cənab mayor ETİBAR HƏSƏNQULİYEV! Sənin və həm də mənim, ümumiyyətlə bizim canını bu yurda fəda edən Şəhid Qardaşlarımızın sırasında bioloji baxımdan birbaşa Sənə bağlı olan YURD FƏDAİMİZ var- HİDAYƏT, İMAN VƏ VÜQAR…

Allah HİDAYƏT, VÜQAR VƏ İMAN QARDAŞLARIMIZN TİMSALINDA CƏMİ ŞƏHİDLƏRİMİZƏ rəhmət eləsin! Hidayət də, İman da, Vüqar da Şəhid olana qədər və Mehtiqulu Kişinin Övladları idilər, LAÇINLI idilər. Eləcə də sən. Bütün vücudunda torpağıma atılan güllələrin, mərmilərin qəlpələrini gəzdirirsən. Hdayət, İman və Vüqar Şəhid olandan sonra artıq Mehtiqulu Kişinin yox, 400 milyonluq Türk Dünyasının Övladları oldular – ONLAR BÜTÖVLÜYÜMÜZ, BİRLİYİMİZ UĞRUNDA ŞƏHİD OLDULAR!

DƏYƏRLİ QARDAŞIM ETİBAR HƏSƏNQULİYEV, O QARDAŞLARIMIN UĞRUNDA CAN QOYDUQLARI VƏTƏNİN SINIRLARI LAÇINLA BİTMİR, QARABAĞLA BİTMİR. O  YERLƏR  TURANIN SINIRLARI DAXİLİNDƏDİR!

CAN FƏDA EDİLƏSİ OĞLAN OLARAQ ETİBAR HƏSƏNQULİYEVƏ MƏNİM CANIM DA FƏDA! AMMA VƏ LAKİN MƏN SƏNDƏN ÖNCƏ ŞƏHİD HİDAYƏTİMİN, MƏN SƏNDƏN ÖNCƏ ŞƏHİD İMANIMIN VƏ MƏN SƏNDƏN ÖNCƏ ŞƏHİD VÜQARIMIN ARZUSUNUN YERİNƏ YETİRİLMƏSİNDƏ GƏRƏKƏRSƏ GANIMI BELƏ “UF” DEMƏDƏN VERMƏYƏ HAZIRAM! Ol səbəbdən də məni bağışla! Cənab mayor, Şəhid qardaşlarımız, “qəhrəmanlar can verir: yurdu yaşatmaq üçün”. O YURDUN SINIRLARI LAÇINDAN YARDIMLIYA QƏDƏR DEYİL, O YURD TURANIN SINIRLARI DAXİLİNDƏDİR VƏ ŞƏHİDLƏRİMİZ DƏ O SINIRLARI QORUMAĞA QALXMIŞDILAR – BÜTÖVLÜYÜMÜZÜ!..

Ermənilər özlərinə xəyali “Böyük Ermənistan” qurub bu axmaq ideyanın ətrafında birləşməyi özlərinə borc bilirlər. Öyləsə biz türklər nədən param-parça olmalıyıq – gerçək ediləsi Turan Birliyi ətrafında birləşməyi qarşımıza məqsəd qoymayaq?

Dəyərli Sabir bəy bu yazıda haqlı olaraq bildirir ki, indi artıq “bir millət, iki dövlət yox, Turan Birliyinin zamanıdır”. Zaman özü bizə bunu diktə edir. Bütün spektr üzrə türkə və türkçülüyə hücum məqsədli şəkildə həyata keçirilməkdə ikən, nədən biz türklər bunu duymayaq, nədən biz türklər bir nöqtəyə vurmayaq? Biz bunu etməyəcəyiksə, bizi tək-tək dənləyəcəklər, bizi tək-tək məhv edəcəklər, ərazilərimiz pay-püşk ediləcək.

BÜTÜN BUNLARI ÖNLƏMƏYİN YOLU  Turan Birliyindən keçir! 

Türkiyə ilə Azərbaycanın konfederativ əsaslarla birləşməyindən keçir!

Sizin kimi aydınlar bu müqəddəs yükün daşıyıcısı olmalısınız, hətta mümkün olmayanlarla bağlı ictimai rəydə bir əminlik yaratmalısınız. Sənin kimi Savaş Adamlarının döyüşdə göstərdikləri rəşadət mənim gözümün qarşısında olduğu üçün bu konuda virtual müstəvidə sizlərlə üz-üzə gələndə tətik çəkəcək barmaqlaımın ox olub gözümə girdiyini sanıram. Sənin kimi Oğlanların yolunda mən canımı da fəda edərəm. İnamınla, rəyinlə işim yox. Amma cənab mayor, tərəddüdünüzlə hətta kor-koranə olsa belə Turan ideyasına inananların inamını öldürməyin, onların fikirlərində haçalanmaya əsas verəcək fikir söyləməyin. Axı bu yazının özündə də Sabir bəy həmin konuyla bağlı vurğulayıb. Latın qrafikasına keçid, TürkPA-nın yaranması və sair kimi məqamlar da ona hesablanmış addımlardandır. O hazırlığı biz hamımız fərdi şəkildə aparmalıyıq, siyasətçilər də öz işlərini görəcəklər…

“İllərin Turan Sevdası”nı gerşəkləşdirməsək, bu, Sabir bəy demişkən, “tarixi bir cinayət” olacaq. 

Share: