İlon Mask: “Səssiz ol, balaca adam”

Mənim Starlink sistemim Ukrayna ordusunun onurğa sütunudur. Onu söndürsəm, bütün cəbhə xəttləri çökəcək.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri milyarder iş adamı və ABŞ prezidenti Donald Trampın müşaviri İlon Mask özünün “X” sosial media hesabında paylaşıb.

Mask onu bu fikirlərinə görə tənqid edən Polşanın xarici işlər naziri Radoslav Sikorskiyə də cavab verib: “Sakit ol, balaca adam . Xərclərin çox cüzi bir hissəsini ödəyirsiniz və heç bir şey “Starlink” i əvəz edə bilməz”.
Qeyd edək ki, “Starlink” İlon Maska məxsus Amerikanın SpaceX peyk şirkəti tərəfindən peyk interneti təmin etmək üçün inşa edilmiş bir peyk şəbəkəsidir.

Share: