İlon Mask: “Bu siyasi hücumdur”

İlon Mask: “Bu siyasi hücumdur”

“X” sosial şəbəkəsinin Paris ofisində aparılan axtarış siyasi hücumdur.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri sosial şəbəkənin sahibi İlon Mask bildirib.

Bundan əvvəl İlon Maskın “X” sosial media platformasının Fransa ofisləri Paris prokurorları, Europol və kibercinayətkarlıqla mübarizə bölməsi tərəfindən basqın edilmişdi. AFP-nin məlumatına görə, sosial şəbəkəyə qarşı təhqiqat 2025-ci ilin yanvarında, onun alqoritmlərinin və onun açıq-saçıq materiallar yaradan və Holokostu inkar etdiyi iddia edilən inteqrasiya olunmuş Grok chatbotunun işi ilə bağlı şikayətlərdən sonra başlayıb.

Share: