
Türkiyədə sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlarla əlaqədar 261 şübhəli şəxs müəyyən edilib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.
O bildirib ki, 261 nəfərdən 37-si saxlanılıb:
“İstanbul Baş Prokurorluğunun başlatdığı araşdırmalar çərçivəsində bəzi sosial media hesabları vasitəsilə İstanbul Böyükşəhər Bələdiyyə sədri də daxil olmaqla cəmi 106 şübhəli haqqında həbs qərarı çıxarıldıqdan sonra sosial şəbəkələrdə “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” və “Cinayətə təhrik” cinayəti çərçivəsində təxribat xarakterli yazıların hazırlandığı müəyyən edilib. Həmin paylaşımları 62-si xaricdə olmaqla ümumilikdə 261 şübhəli hesabın etdiyi müəyyən edilib. Əməliyyatlar çərçivəsində 37 nəfər şübhəli şəxs qismində saxlanılıb. Digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir”.
Qeyd edək ki, ötən gün İstanbul Böyük Bələdiyyə sədri Əkrəm İmamoğlu və daha 105 nəfər ötən gün saxlanılıb.