
Hazırda həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu Türkiyə prezidenti Ərdoğanın anasına ünvanlanan təhqirləri pisləyib.
Millətin Səsi.az xəbər verir ki, İmamoğlu bu barədə X hesabında paylaşım edib.
“Çörək, su, hava kimi müqəddəs saydığım analarımızın ünvanına yığılan təhqirləri qəbul edə bilmirəm. Prezidentin anasına edilən təhqirləri ürəkdən pisləyirəm. Bir daha uca Allahdan ona rəhmət diləyirəm”, – deyə İmamoğlu yazıb.
Qeyd edək ki, Əkrəm İmamoğlu haqda İBB-yə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində həbs qərarı verilib. O, Silivri cəzaçəkmə müəssisəsinə göndərilib.