
Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsi ilə bağlı açıqlama verib.
Millətin Səsi.az xəbər verir ki, partiyanın sosial şəbəkə hesabında yayılan açıqlamada “Ümidsizlik yox”, “Mübarizəyə davam” ifadələri yer alıb.
CHP qrup başqan vəkili Əli Mahir Başarır da İmamoğlunun haqqında həbs qərarına etiraz edib.
“Əkrəm İmamoğlunun əllərini qandallasanız belə, xalqın ürəyini qandallaya bilməzsiniz. Seçkidə məğlub edə bilmədiyiniz Əkrəm İmamoğlunu məhkəmə çevrilişi ilə dayandırmağa bu millət imkan verməyəcək! Halal səslə qazanılan bu kürsü haram göstərişlə qəsb oluna bilməz! Bu qərar etibarsızdır! Meydanlarda, küçələrdə, hər yerdə olacağıq!”, – Başarır bildirib.