İmişlidə traktor motosikletlə toqquşdu, ölən var

İmişlidə traktor motosikletlə toqquşdu, ölən var

İmişlidə ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Hadisə rayonun Bəcirəvan kəndi ərazisində baş verib.

Rayonun Qaravəlli kənd sakini, 1963-cü il təvəllüdlü Cahangirov İlham Hacı oğlu idarə etdiyi “Belorus – 82” markalı 30 K 248 traktorla Bərcivan kəndindən Bərcivan-Qaralar-İmişli avtomobil yoluna çıxarkən həmin yolla hərəkətdə olan, rayonun Yalavac kənd sakini, 1982-cü il təvəllüdlü Səmədov Samir Ağalar oğlunun idarə etdiyi “İJ-Planet” markalı motosikletlə toqquşub.

Hadisə nəticəsində S.Səmədov İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində cinayət işi başlanıb. (Trend)

Share: