“İmişli”yə yeni futbolçu qatıldı

“İmişli”yə yeni futbolçu qatıldı

Növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” heyətinə yeni futbolçu qatıb.

Millətin Səsi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

 

Bölgə təmsilçisi “Səbail”dən Hüseynəli Quliyevi transfer edib 25 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “İmişli” bunadək Xorxe Kaskilya (baş məşqçi), Ronaldo Rodriqez de Souza (son klubu “Borneo”, İndoneziya), Azər Salahlı (son klubu “Neftçi”), İbrahim Əliyev (son klubu MOİK), İmam Əli və Rafael Vieqası (“Sao Joao de Ver”, Portuqaliya) sıralarına qatıb.

Share: