İmran Xana sui-qəsd edən şəxs tutulub

Pakistanın keçmiş Baş naziri İmran Xana atəş açan şəxs tutulub.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, hələlik həmin şəxsin kimliyi açıqlanmayıb.

 

***

16:00

 

Pakistanın sabiq baş naziri İmran Xana qarşı sui-qəsd olub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində siyasətçinin ayağından yaralandığı bildirilir.

 

Belə ki, onun korteji hərəkətdə olan zaman naməlum şəxslər tərəfindən atəşə tutulub.

 

Məlumata görə, insident zamanı, həmçinin başqa nəfər də xəsarət alıb. Daha sonra İmxan Xan zirehli avtomobil vasitəsilə ərazidən uzaqlaşdırılıb.

 

Qeyd edək ki, bu ilin aprel ayında İmran Xan Pakistanın baş naziri vəzifəsindən istefa verib.

 

 

Mənbə

Share: