İmran Xana sui-qəsd olub

Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd olub.

 

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Pakistan mətbuatı yazıb.

 

Hadisə nəticəsində sabiq hökumət başçısının ayağından yaralandığı bildirilib. 

 

Məlumata görə, ondan başqa daha 4 nəfər də xəsarət alıb. 

 

Hadisənin təfərrüatı hələ məlum deyil.

 

Qeyd edək ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub.

 

Mənbə

Share: