
Pakistanın keçmiş Baş naziri İmran Xanın Ədalət Hərəkatı Partiyasının (Pakistan Tehreek-e-Insaf) funksioneri Çaudri Pərviz Elahi həbs edilib.
Modern.az yerli mətbuata istinadən xəbər verir, o, Lahor şəhərində saxlanılıb.
Elahinin məhkəməyə gəlmədiyinə görə həbs edildiyi bildirilib. Məhkəmə onun iclasa qatılmamaq üçün təqdim etdiyi arayışın saxta olduğunu bəyan edib.