İmtahan üçün qeydiyyatdan keçənlərin SAYI

İmtahan üçün qeydiyyatdan keçənlərin SAYI

Bu gün saat 19:25-ə olan məlumata əsasən ali təhsilin I-IV ixtisas qrupları üzrə test imtahanına (I cəhd) qeydiyyatdan keçən abituriyentlərin sayı 54 233-ə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

 

Onların 48994 nəfəri Azərbaycan, 5239 nəfəri isə rus bölməsi üzrədir.

 

18 559 nəfər I, 16 240 abituriyent II, 15 327 nəfər III, 4107 nəfər isə IV ixtisas qrupu üzrə qeydiyyatdan keçib.

 

Qeyd edək ki, 2022-ci il buraxılış və ya test imtahanlarının I mərhələsinin nəticəsi əsasında müsabiqəyə qoşulan abituriyentlərin sayı isə 1187 nəfərdir.

Mənbə

Share: