“İnanılmaz dərəcədə xoşbəxtəm, Hollivud ulduzları kimi qarşılandım”-FOTO

“Qazaxıstanın Aktau şəhərində keçirilən 2-ci Abiş Alemi Teatr Festivalına fəxri qonaq qismində dəvət olunmuşdum. Bu festivallar ölkələr arasında mədəni əlaqələrin güclənməsi, teatr və kino sənətinin, eləcə də ədəbiyyatın təbliği, sənət adamlarının qarşılıqlı tanışlığı baxımından böyük əhəmiyyətə malikdir. İnsanlar arasında danışıq dilləri fərqli olsa da, mədəniyyət bizim ortaq dilimizdir. Festivala bir çox türk dövlətləri qatılmışdı. Orada çox gözəl tamaşaları izlədim. “Kral Lir” festivalın ən gözəl tamaşası oldu. Festivaldan çox gözəl təəsüratlarla qayıtmışam”

 

Bunu Moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış aktrisa Məlahət Abbasova deyib. O daha sonra əlavə edib.

 

“İllər öncə çəkildiyim “Min bir gecə” serialı Qazaxıstanda yayımlanır. Orada Hollivud ulduzu kimi qarşılandım. İnanılmaz dərəcədə bundan xoşbəxtəm. Hər yerdə məni “Mehriban” deyə çağırırdılar. Qazax xalqının çox qonaqpərvər, istiqanlı olmasının şahidi oldum. Festivalda iştirak edən ölkələrin sənətkarları içərisində də “Min bir gecə” serialını izləyənlər var idi. Onlar məni tanıyırdılar. Getdiyim hər yerdə insanların sevgisi ilə qarşılaşırdım. Gözlərinə inana bilmirdilər, yolda görüb soruşurdular ki, “Siz Mehribansız?”. Ən çox sevindirici hallardan biri də o idi ki, Azərbaycanın Aktau şəhərindəki baş konsulu Elmar Məmmədov da tədbirimizə qatılmışdı. Gecənin bağlanış mərasimində sonda danışmaq üçün mənə söz verdilər. Mənə dedilər ki, “Məlahət xanım, biz istəyirik ki, siz orada bir şeir, monoloq söyləyəsiz, çünki hər kəs sizi çox sevir”. Mən də razılaşdım. Elektra və Medeyanın monoloqunu hazırlaşmışdım. Birdən ağlıma gəldi ki, salonda 800-ə yaxın insan var, hər bir türkdilli ölkələrin rəsmi adamları orada əyləşiblər. Belə bir imkan olduğu halda, mikrofon da mənim əlimdə idisə, niyə mən “Sarı gəlin” mahnısını oxumayım?! Düzdü, məm müğənni deyiləm, amma belə bir festivalda mütləq “Sarı gəlin” mahnısının səsləndirilməsi lazım idi. Orada azərbaycanlı bir sənət insanı olmadığına görə bunu etmək mənim borcum idi. Mən bu təklifimi Azərbaycanın Aktaudakı baş konsolu Elmar Məmmədova bölüşdüm. Ona orada “Sarı gəlin” mahnısını ifa etmək istəyimi bildirdim. Mənə dedi ki, “Məlahət xanım, o qədər yaxşı olar ki”. Onun da razılığını alan kimi mən həmin təşkilatçılara dedim ki, monoloq və şeir deməyəcəm, “Sarı gəlin” mahnısını oxuyacam. Tədbirin başlamasında 45 dəqiqə qalmışdı, təcili şəkildə konsertmeystrin gəlməsini istədim. Konsertmeystr üzərində çalışdı, mən səsimi yoxladım. Səsim həmin mahnı üçün uyğun deyildi. Dedilər ki, “Məlahət xanım, bunu məşq etmək lazımdır, inşallah başqa festivallarda oxuyarsınız”. Dedim ki, xeyr! Siz ifa edin, mən öz səsimi ona uyğunlaşdıraram. İfam çox gözəl alındı. Böyük alqışlarla qarşılandım. Bunun mənəvi dəyəri mənim üçün çox yüksək idi. Bilirsiniz ki, Avropa oyunlarında da ölkəmiz “Sarı gəlin” mahnısı ilə açılış etmişdi. Qazaxıstanda da teatr festivalının “Sarı gəlin” mahnısı ilə bağlanışı bir azərbaycanlı olaraq mənim üçün çox sevindirici bir hal idi. İnanılmaz dərəcədə həyəcanlı idim, əlim-qolum bir-birinə qarışdı, mahnının sözlərini səhv söylədim, amma mən teatr aktrisasıyam, səhnədə özümü ələ almağı bacardım”

Mənbə

Share: