İncənin səsləri Ərdoğanla Kılıçdaroğlu arasında bölünəcək

İncənin səsləri Ərdoğanla Kılıçdaroğlu arasında bölünəcək

Xəbər verdiyimiz kimi, Məmləkət Partiyasının sədri və prezidentliyə namizəd Muharrem İnce ictimaiyyətə müraciətində namizədlikdən geri çəkildiyini elan edib.

İnce digər prezidentliyə namizədlərdən heç birinə dəstəyini ifadə etməyib. Belə ki, partiya sədri bu addımı müxalifətin seçkilərdə məğlub olacağı təqdirdə onu günahlandıra bilməməsi üçün atdığını deyib.

Modern.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı öz fikirlərini sosial şəbəkədə paylaşıb.

Onun fikrincə, Muharrem İncenin namizədlikdən geri çəkilməsi prezident seçkisində yeni durum yarada bilər:

 

“İncə 2018-ci ildə Rəcəb Tayyib Ərdoğanla uğurlu mübarizə aparmış və 31 faiz səs toplamışdı. İnce son aylardakı çıxışları ilə ilk dəfə səs verəcək gənclərin diqqətini cəlb etmişdi”, – politoloq deyib.

 

E.Şahinoğlu qeyd edib ki, müxtəlif sorğulara görə, İncənin ikinci tura keçidi mümkün olmasa da, o, seçkidə 3 ilə 7 faiz arasında səs toplaya bilərdi:

 

“İndi əsas sual budur: Namizədlikdən geri çəkilən İncənin səsləri hansı namizədə gedəcək? Onun özü çıxışında tərəfdarlarına kimə səs verməsi çağırışını etmədi, konkret ünvan göstərmədi. İncə seçki kampaniyasında həm hazırki prezident Rəcəb Tayyib Ərdoğanın, həm də ana müxalifət lideri Kamal Kılıçdaroğlunu tənqid edirdi, bəlkə də müxalifətə daha çox yüklənirdi. Fikrimcə, İncənin səsləri həm hazırki prezident Rəcəb Tayyib Ərdoğanın, həm də ana müxalifət lideri Kamal Kılıçdaroğlunun arasında bölünəcək”.

Mənbə

Share: