İnce dəstək üçün parlament sədrliyini istəyib

İnce dəstək üçün parlament sədrliyini istəyib

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, keçmiş XİN başçısı və baş nazirin müavini, NATO-nun Əfqanıstandakı eks-nümayəndəsi, Cümhuriyyət Xalq Partiyasının sədri olmuş Hikmet Çetin namizədliyi dəqiqləşdikdən sonra mayın 14-də keçiriləcək prezident seçkilərində namizəd olan, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri Muharrem İnce ilə keçirilən görüşlərlə bağlı açıqlamalar verib.

 

Modern.az xəbər verir ki, Çetin “Sözcü”yə bu barədə müsahibə verib.

 

O bildirib ki, görüş zamanı seçkinin ikinci tura qalmamalı olduğu və ilk turda müxalifətin qələbəsinin vacibliyi qarşı tərəfin diqqətinə çatdırılsa da, İnce bunu CHP-nin düşünməli olduğunu deyərək uzlaşmadan imtina edib. dediyini deyib. 

 

“Sonra anladım ki, CHP-dən dəvət gözləyir, fikrini belə qəbul etdim. Mötəbər mənbədən öyrəndiyim məlumata görə, vasitəçilərlə bəzi təkliflər olub. Məsələn, parlament sədrliyi tələb olunub. “Yox” deyilməyib, amma ittifaqa daxil olan digər partiyalarla da məsləhətləşilməli olduğu bildirilib. Görünür sonradan başqa tələblər də olub deyə uzlaşmaya varmaq mümkün olmayıb”, – deyə Çetin əlavə edib.

 

Qeyd edək ki, müxalifət tez-tez Muharrem İnceni səsləri böldüyü üçün tənqid edir və namizədliyini geri götürərək “Millət İttifaqı”nın vahid namizədi, əvvəllər üzvü olduğu CHP-nin sədri Kemal Kılıçdaroğlunu dəstəkləməyə çağırır.

Mənbə

Share: