“İncil” kitablarının sayı neçədir?

Hazırda xristian kilsəsi tərəfindən qanuni elan edilmiş və rəsmi surətdə tanınmış İncillərin sayı dörddür. Bunlar Matfey, İohann, Mark və Lukanın İncilləridir.

Milletinsesi.az islam.az-a istinadən bildirir ki, bunlardan birinci və ikinci İncillər Həzrət İsa Peyğəmbərin (ə) həvariləri (apostolları) olan Matfeyə və İohanna, o biri ikisi isə həvarilərin həvarisi olan Lukaya və Marka aid edilir. Bu dörd incil miladi II əsrdə digər çoxlu İncil mətnləri arasından xristian kilsəsi tərəfindən seçilmişdir. O zamana kimi daha bir neçə İncil də xristianlara məlum idi. Bəzi İncil mətnləri isə daha sonralar aşkarlanmışdır. Ümumiyyətlə, elm aləminə məlum olan fərqli İncil mətnlərinin sayı 30-dan artıqdır. Bunlara Fomanın, Pyotrun, Məryəmin, İudanın, Barnabanın, Filippin, Nikodimin, İakovun, Mariya Maqdalenanın İncilləri və digər İncillər daxildir. Bunlara cəm şəklində apokriflər deyilir.

Share: