“İndiyədək 130 mediator sıralarımızdan xaric edilib”.
Bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Ombudsman Aparatında mediasiya islahatları sahəsində qanunvericiliyin təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli dərkənarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin müzakirə zamanı deyib.
O bildirib ki, 70-dən çox mediator barəsində də sərt tədbirlər həyata keçirilib.
N.Adilov qeyd edib ki, bu il ərzində Mediasiya Şurasına 32 767 iş daxil olub: “Bunlardan 28 748-i ailə mübahisəsi, 2 317-si kommersiya, 1 703-ü isə əmək mübahisələri ilə bağlı olub”.
O, ötən illərlə müqayisədə barışıq saziləşlərinin artdığını söyləyib: “39-40 faiz artım var”.