
Müttəfiqlər indiyədək Ukraynaya 575 tank və 28 təyyarə verib.
Modern.az xəbər verir ki, bu barədə Polşanın Avropa İttifaqındakı nümayəndəliyi məlumat yayıb.
Bildirilir ki, bu texnikanın əsas hissəsi Polşa tədarük edib.
Məlumata görə, Polşa Ukraynaya 325 tank və 14 təyyarə göndərib. Tankların sayına görə Fransa ikinci yerdədir (85), daha sonra Almaniya (80) və ABŞ (76) gəlir.