İndoneziya koronavirus xəstələrini kimsəsiz adaya yerləşdirəcək

İndoneziya hökuməti koronavirusa yoluxanlar üçün məskunlaşmamış Qalanq adasında xəstəxana təşkil edəcək.

Trend-in məlumatına görə, adada əvvəllər vyetnamlı qaçqınlar yerləşdirilib.

Hazırda hökumət qaçqınlar üçün nəzərdə tutulmuş düşərgədə xəstəxananın salınması imkanlarını nəzərdən keçirir.

Qeyd olunur ki, xəstəxanada minədək xəstə yerləşdirilə bilər. Bundan başqa, adada karantin mərkəzinin salınması nəzərdə tutulur.

Share: