
Ötən gün İndoneziyanın birinci xanımı İrina Yoko Vidodo (Iriana Joko Widodo) və vitse-prezidentinin xanımı Vuri Estu Handayani (Wury Estu Handayani) bu ölkənin paytaxtı Cakartada keçirilən xeyriyyə yarmarkasında nümayiş etdirilən Azərbaycan stendini ziyarət ediblər.
Bu barədə Azərbaycanın İndoneziyadakı Səfirliyinin rəsmi “X” hesabında məlumat verilib.
Məlumata görə, Azərbaycanın bu ölkədəki səfiri Cəlal Mirzəyev birinci xanımlara təqdimat edib:
“İndoneziya Prezidentinin və İndoneziya vitse-prezidentinin xanımları ilə Azərbaycanı tanış etmək bizim üçün şərəfdir”, – deyə açıqlamada qeyd edilir.
Qeyd edək ki, noyabrın 8-də Cakartada Qadınların Beynəlxalq Klubunun (Women’s International Club) dəstəyi ilə 54-cü “”WIC 2023” xeyriyyə yarmarkası fəaliyyətə başlayıb. 2 gün davam edən sərgidə azərbaycanlı qadınlar da milli stend açıblar.
//twitter.com/AzEmbIndonesia/status/1722465411684516135