İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

İndoneziya sahillərində 5.9 bal gücündə zəlzələ baş verib.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji xidməti bildirib.

Zəlzələnin episentri Ternate şəhərindən 124 kilometr şimal-qərbdə, təkanların ocağı isə 53.6 kilometr dərinlikdə yerləşib.

Ölən və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Share: