İndoneziyada güclü zəlzələ baş verib

İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Rutenq şəhərindən 113 km şimal-şərqdə olub. Zəlzələnin ocağı 650 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.

Share: