İndoneziyada güclü zəlzələ baş verib, çox sayda insan ölüb

İndoneziyada baş vermiş zəlzələlər nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb, 600-dən çox insan yaralanıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə France-Presse agentliyi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması agentliyinə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, daha güclü yeraltı təkanlar olacağı təqdirdə sunami təhlükəsi yarana bilər.

Qərbi Sulavesi əyalətinin Mamuca şəhərində xəstəxana binasını dağıntıları altında ondan çox insanın qaldığı bildirilir.

Xatırladaq ki, yanvarın 14-də və 15-də Sulavesi adasında 5,7 və 6,2 bal gücündə iki zəlzələdən sonra 25-dən çox afterşok qeydə alınıb. Qərbi Sulavesidə yerli qubernatorun ofisi və otel daxil olmaqla, 60-dan artıq bina dağılıb. Yeraltı təkanlar, həmçinin bir neçə torpaq sürüşməsinə səbəb olub.

Share: