İndoneziyada ən fəal vulkan olan Merapi yenidən püskürüb.
Vulkan püskürməsi nəticəsində 5 kilometr hündürlüyədək kül sovrulub.
Hadisə nəticəsində ciddi fəsadlar qeydə alınmasa da, sakinlərə evləri tərk etməmək tövsiyə edilib.
Qeyd edək ki, Merapi vulkanı bu ayın əvvəlində də püskürmüşdü.
2010-cu ildə Merapinin püskürməsi nəticəsində 300-dən çox insan həlak olmuş, 280 min nəfər təxliyə edilmişdi.