İngilis hücumçu “Qalatasaray”dan 5 milyon istəyir

Mövsümün sonunda “Arenal”dan ayrılan Danni Uelbekin “Qalatasaray”a keçidi elə də asan başa gəlməyəcək.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, ingilis hücumçu İstanbul klubunun qarşısına şərt qoyub. O, “aslanlar”dan 3 illik müqavilə və ilinə 5 milyon avro maaş tələb edir. 28 yaşlı forvardın bu istəyi klubu çətin vəziyyətdə qoyub. Nəticədə transfer danışıqları hələlik dayandırılıb.

Qeyd edək ki, Uelbek son mövsümdə “Arsenal”ın heyətində 14 oyuna çıxıb və 4 qol vurub.

Share: