Ukraynanın Baxmut şəhərindən “Vaqner” qrupu bölmələrinin geri çəkilməsindən sonra bölgədə rusiyalı desantların mövcudluğu artır.
Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı 3 iyun tarixli kəşfiyyat icmalında deyilir.
Bildirilir ki, “Vaqnerçilər” döyüş bölgəsindən geri çəkildikcə, orada getdikcə daha çox Rusiya ordusunun nizami hissələri, o cümlədən desantlar peyda olmağa başlayırlar.
“Rusiya Hərbi Hava Qüvvələri Baxmutda getdikcə əhəmiyyətli rol oynamağa başlayır. Hazırda bölgəyə 76-cı və 106-cı diviziyaların bölmələri və əlavə iki ayrı hava-desant briqadası yerləşdirilib”, – deyə icmalda qeyd edilir.
Mənbə: Pravda.com.ua