İngilis mediası : Finlandiya və İsveç yayda NATO-ya daxil olmağa hazırlaşır

 

Ukraynanın NATO-ya daxil olmaq planının Kiyev üçün mənfi olduğu ortaya çıxsa da, region ölkələri sırasında olan Finlandiya və İsveçin də ittifaqa daxil edilməsi istiqamətində işlər aparılır.

Millətin Səsi.az xəbər verir ki, bu barədə İngiltərənin “The Times” qəzetində diqqət çəkən bir iddia gündəmə gəlib. Bildirilib ki, Rusiya və Ukrayna arasındakı müharibə soyuq müharibənin ikiqütblü dünyasını yenidən formalaşdırır. Ukrayna müharibəsindən narahat olan ölkələr- Finlandiya və Isveç- təhlükəsizliklərini qorumaq üçün NATO-ya daxil olmaq üçün planlar qururlar.

“BU YAYDA ALYANSA QOŞULACAQLAR”

Qəzetdə yer alan xəbərə görə, mövzu ilə bağlı bir səlahiyyətli “Rusiyanın böyük bir strateji səhvə yol verdiyini” ifadə edərək, söz mövzusu iki ölkənin yay aylarında ittifaqa girməyə hazır göründüyünü bildirib.

ABŞ rəsmiləri bildiriblər ki, NATO Xarici İşlər Nazirləri Toplantısında Finlandiya və İsveçin üzvlük məsələsi müzakirə olunub. Xəbərdə iyun ayında Finlandiyanın, ardından İsveçin müraciət etməsinin gözlənildiyi vurğulanıb.

Qeyd edək ki, rusiyalı deputat Vladimir Dzhabarov Finlandiyanın NATO-ya daxil olmasının “dəhşətli faciə” olacağını bildirərək hədələmişdi; “yox edərik”.

Share: