İngilis səfirdən Azərbaycan dilində təbrik

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Fergus Auld Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını videomesajla təbrik edib. 

 

Modern.az xəbər verir ki, diplomat təbrik mesajını tviter səhifəsində paylaşıb.

 

“Bu gün Azərbaycan tarixində əhəmiyyətli gündür. Böyük Britaniya 31 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri Azərbaycanın yanındadır. Bu gözəl ölkə 70 il SSRİ-nin tərkibində yaşayıb. Buna baxmayaraq, o, öz mədəniyyətini və dəyərlərini qoruyub saxlayıb. Ölkələrimiz və xalqlarımız arasında dostluq daha da güclənir. Bütün Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm”,- deyə səfir təbrikində bildirib.

 

Qeyd edək ki, bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

 

 

Mənbə

Share: