İngiltərə millisi vərəqə görməyən yeganə komandadır

İngiltərə millisi Qətərdə keçirilən dünya çempionatında vərəqə almayan yeganə komandadır.

 

 Qaret Sautgeytin baş məşqçi olduğu yığma meydana çıxdığı 4 matçda xəbərdarlıqla üzləşməyib.

 

Bu göstəriciyə görə ikinci sırada İspaniya kollektivi qərarlaşıb. Britaniyalılardan hələlik bir oyun az keçirən “buğalar” qrupdakı 3 görüşündə bir sarı vərəqə alıb.

 

Qeyd edək ki, İspaniya dekabrın 6-da 1/8 finalda Mərakeşlə üz-üzə gələcək.

Mənbə

Share: