İngiltərə yığmasının 10 illik uğurlu seriyası qırılıb.
Qol.az xəbər verir ki, komanda 2009-cu ildən bəri ilk dəfə dünya çempionatı və Avropa çempionatının seçmə mərhələlərində keçirilən oyunda məğlub olub.
Bu, Avro-2020-nin seçmə mərhələsində Çexiya ilə səfər matçında qeydə alınıb. İngilislər rəqibinə 1:2 uduzub.
Qeyd edə ki, İngiltərə yığması sonuncu dəfə 2009-cu ilin 9 oktyabrında DÇ-2010-nun seçmə mərhələsində Ukraynaya uduzmuşdu – 0:1.