Fitrət – ancaq insana aid olan bir şeydir. İnsanın insan olması ondan asılıdır. İnsan varlığında müqəddəs bir şey vardır ki, Allah-Təalaya tərəf meyil edər. Bunun adı – həmin fitrətdir.
Fitrətin bəzi xüsusiyyətləri vardır ki, onlarla tanış olaq:
1. Ümimidir. Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, bütün insanlar istər qadın olsun, istər kişi, istər müsəlman olsun, istərsə də qeyri-müsəlman – İlahi fitrətə malikdirlər. Ona görə də insanlar fitri baxımından müştərəkdirlər.
2. Sonradan əldə olunan deyildir. İlahi fitrət – təlim vasitəsilə əldə olunan bir şey deyildir. Bu, insanın xəlqinin ilk günlərindən onun varlığında var olmaqdadır. Əlbəttə fitrətin meyilləri insanın tərbiyəsindən və hidayət olmasından asılıdır. Ancaq hər bir halda bütün insanlar dünyaya fitrətləri ilə gələrlər.
3. Aradan gedən deyildir. İnsanın fitrəti onun zatı sifəti olduğu üçün, aradan gedən deyildir. Quran da insan fitrətini bu cür tanıtmışdır. “(Ya Peyğəmbər!) haqqa tapınaraq ürəyini (qəlbini) bu dinə (İslam dininə) sarı döndər. Allah həmin fitri din əsasında insanları yaratmışdır. Allahın xilqətində əsla bir dəyişiklik ola bilməz (və Onun dinində də olmamalıdır). Sabit və möhkəm olan din budur. Lakin camaatın əksəriyyəti (bunu) bilmir”. (“Rum” 30).
4. Müqəddəsdir. İnsan ruh və cisimdən təşkil edilmişdir. İnsanın Allaha tərət meyli ruhundan qaynaqlanır, heyvani meyilləri isə bədənindən. İnsanın ali hədəfləri məhz fitrətindən mənbə alar və onu təkamülə tərəfə aparar.
5. Agahdır. İnsanın fitri meyilləri, heyvani meyillərindən fərqli olaraq, agah şəkildə seçim etməsi ilə həyata keçər.
6. Bilqüvvədir. Fitri istedadlar əvvəl bilqüvvə olub, insan fitrətində gizlənər. Zaman keçdikcə və həyatın istəklərinə əsasən, bu istedadlar üzə çıxar və çiçəklənər.