“İnsan haqlarından danışacaq ən son dövlət Fransadır”

“İnsan haqlarından danışacaq ən son dövlət Fransadır”

 

“Dünyada hüquq, insan haqları, insanların yerdəyişməsi ilə bağlı danışacaq ən son dövlət Fransadır. Fransanın son 200 ili qətliamlara, soyqırımlarla, cəmiyyəti istismar etməklə və hüquqsuzluğa alət olmuş bir dövlətdir”.

 

Bu sözləri Moderator.az-a açıqlamasında türkiyəli general Yücel Karauz bildirib. 

 

O qeyd edib ki, Senatın Azərbaycana qarşı addımları qəbuledilməzdir. İkinci olaraq böyük vətən müharibəsindən sonra Azərbaycanın izlədiyi siyasət, istifadə etdiyi üsullar hamısı anbaan qeyd edilmiş bir prosesdir: “Yəni bu dövrdə insanların, Qarabağda yaşayan ermənilərin əli ilə edilən qarşılıqlı görüşlər, Qarabağı tərk edən ermənilərin öz iradəsi ilə getdiyinə dair görüntülərin hamısı ortadadır. Bunların hamısı ortadaikən, hamısı qeydə alınmış formadaykən nizamsızlığa, yalana, dezinformasiyaya ancaq Fransa Senatası səs verə bilərdi. Ona görə Fransa Senatının bu qərarı ciddiyə alınmamalıdır. Cavab belə verilməməlidir. Çünki cavab vermək onları ciddiyə almaqdır. Fransa artıq dövlət ağlı getmiş, Afrikadan qovulan, dünyada etibarı hər gün zədələnmiş bir ölkə olaraq bu tip fantazyalar nümayiş etdirir. Azərbaycan dövləti, məncə, Fransanı ciddiyə almamalıdır. Çünki yalandır, böhtandır, dezinformasiyadır. Öz yalanlarında özləri boğulurlar. Azərbaycanın həm böyük vətən müharibəsi dönəmində, həm də 24 saatlıq antiterror əməliyyatı sonrası bütün fəaliyyətləri göz qabağındadır. Azərbaycan dövləti utanacağı, sıxılacağı, qanunsuz bir davranış sərgiləməyib”.

Mənbə

Share: